ZEYN Pass
Bütün ZEYN oyunlarının bütün mərhələləri bir il müddətinə. Starters-dən B1-ə və 11-ci sinif qrammatikasına qədər, bir kodla, ailənin bütün cihazlarında.
Sına
- Hər oyunun ilk 3 mərhələsi
- Talk Corner: ilk 2 mövzu
- Sınaqlar: ilk 3 sınaq (hesabla)
- Writing Room: ilk 2 tapşırıq
- Qeydiyyat tələb olunmur
ZEYN Pass
- Bütün oyunların bütün mərhələləri və final bossları
- Talk Corner və Writing Room tam
- Bütün buraxılış sınaqları (Güvən 9 və 11)
- Digital SAT: 16 məşq modulu
- Yeni əlavə olunan mərhələlər pulsuz
- Bir kod 3 cihazda işləyir
Onlayn al
Kartla ödəyin, Pass kodu dərhal ekranda görünəcək. Telefon nömrənizi və ya emailinizi yazın: kodu itirsəniz, onunla tapırıq.
Ödəniş bankın təhlükəsiz səhifəsində aparılır. Kart məlumatlarınız bizə gəlmir.
Pass sifariş et
Adınızı və telefon nömrənizi yazın. ZEYN Tədris Mərkəzi sizinlə əlaqə saxlayıb ödəniş üsulunu deyəcək: mərkəzdə nağd və ya köçürmə. Ödəniş təsdiqlənəndən sonra ZP-XXXX-XXXX kodu WhatsApp və ya SMS ilə göndərilir.
Kodu aldıqdan sonra
- İstənilən oyunu açın, xəritədə ZEYN Pass düyməsinə basın və kodu daxil edin.
- Bütün oyunlar və sınaqlar dərhal açılır. Bir il müddəti kodu ilk dəfə daxil etdiyiniz gündən başlayır.
Sual-cavab
Kodu neçə cihazda istifadə etmək olar?
Bir kod 3 cihazda (məsələn telefon, planşet və kompüter) işləyir. Dördüncü cihazda kod qəbul olunmur. Cihazı dəyişmisinizsə, mərkəzə müraciət edin, köhnə cihazı siyahıdan silək.
Kodu daxil etmək üçün internet lazımdırmı?
Kodu aktiv edərkən bəli. Sonra oyunlar Pass-ı cihazda yadda saxlayır.
Oyunlar hansı səviyyələr üçündür?
Starters (6–8 yaş), Movers (8–11), Flyers (10–12), A2 Key (11–15), B1 Preliminary (12–16), 9-cu sinif üçün 9 Buraxılış, 11-ci sinif üçün 11 Abituriyent, 11 Fizika, 6–11-ci siniflər üçün Ümumi tarix, 5–11-ci siniflər üçün Azərbaycan tarixi, 5–11-ci siniflər üçün Azərbaycan dili, 7–10-cu siniflər üçün Coğrafiya, Alman dili (əsas və ikinci xarici dil, 12 dərslik).
Bu, rəsmi Cambridge materialıdırmı?
Xeyr. Oyunlar ZEYN Tədris Mərkəzi tərəfindən imtahan səviyyələrinə uyğun hazırlanmış müstəqil məşq materialıdır və Cambridge University Press & Assessment ilə əlaqəli deyil.
