Məxfilik siyasəti
ZEYN Tədris Mərkəzi · zeyntedrismerkezi.com · Son yenilənmə: 7 noyabr 2026
Hansı məlumatları toplayırıq
- Hesabsız oynayanda: heç bir şəxsi məlumat toplanmır. Statistika üçün cihazda yaradılan anonim nömrə və keçilən mərhələlər (oyun, mərhələ, ulduz sayı) saxlanılır.
- Hesab açanda: oyunçu adı (ləqəb), şifrələnmiş 4 rəqəmli PIN, sinif və şəhər/rayon. Soyad, telefon, ünvan və şəkil soruşulmur.
- Google ilə daxil olanda: yalnız Google hesabının email ünvanı və daxili identifikatoru. Google şifrənizi görmürük.
- ZEYN Pass alanda: əlaqə üçün yazdığınız telefon və ya email, ödənişin nəticəsi və Pass kodu. Kart məlumatları bankın səhifəsində daxil edilir və bizə gəlmir.
- Sınaqlarda: mərkəzin verdiyi şagird kodu, ad və sınaq cavabları — müəllimin qiymətləndirməsi üçün.
Məlumatlardan necə istifadə edirik
- İrəliləyişi saxlamaq və başqa cihazda davam etmək üçün;
- ZEYN Pass-ı yoxlamaq və itirilmiş kodu bərpa etmək üçün;
- Saytda ümumi, anonim statistika və həftəlik reytinq göstərmək üçün (reytinqdə yalnız oyunçu adı, sinif və şəhər görünür);
- Oyunları yaxşılaşdırmaq üçün.
Məlumatları satmırıq və hesab məlumatlarınızı (ləqəb, PIN, sinif, Pass kodu, sınaq cavabları) üçüncü şəxslərə vermirik. Məlumatlar Supabase (verilənlər bazası) və Cloudflare (sayt) xidmətlərində saxlanılır; ziyarət statistikası üçün Cloudflare Web Analytics istifadə olunur (cookie istifadə etmir).
Google Analytics və Google Ads
Saytı Google axtarışında reklam edirik. Reklamın nəticəsini ölçmək üçün saytda Google Analytics kodu işləyir: o, cookie vasitəsilə hansı səhifələrin açıldığını, ziyarətçinin reklamdan gəlib-gəlmədiyini, təxmini ölkə/şəhəri və cihaz növünü Google-a ötürür. Ad, telefon və ya hesab məlumatlarınız Google-a göndərilmir. Reklamın fərdiləşdirilməsi və Google siqnalları kodda söndürülüb, yəni bu məlumatlar sizə fərdi reklam göstərmək üçün istifadə olunmur. Google-un məlumatlardan necə istifadə etdiyini Google-un səhifəsində oxuya bilərsiniz. İzlənməmək üçün brauzerdə cookie-ləri bloklaya və ya Google Analytics opt-out əlavəsini quraşdıra bilərsiniz.
Uşaqlar
Oyunlar uşaqlar üçündür, ona görə minimum məlumat toplayırıq. 13 yaşdan kiçik uşaqların hesabını valideyn və ya müəllimin iştirakı ilə açmasını tövsiyə edirik. Oyunçu adında əsl soyad yazmayın.
Hesabı silmək
Hesabınızın və bütün irəliləyişin silinməsini istəsəniz, ZEYN Tədris Mərkəzinə müraciət edin — oyunçu adını bildirin, məlumatlar 7 gün ərzində silinəcək.
Əlaqə
ZEYN Tədris Mərkəzi · zeyntedrismerkezi.com
