Buraxılış və qəbul imtahanına hazırlıq
Neçə gün qaldığını gör, özünə gündəlik plan qur, sınaq nəticələrindən balını hesabla və hansı ixtisasa keçə biləcəyinə bax.
DİM 2027-ci ilin imtahan tarixlərini hələ elan etməyib. Tarixlər 2026-cı il qrafikinə əsasən təxminidir; rəsmi tarixlər elan olunanda yenilənəcək. Mənbə: dim.gov.az.
Gündəlik hazırlıq planım
| Gün | Nə edəcəyəm |
|---|
11-ci sinif buraxılış balı (max 300)
Sınaqda neçə düz cavabın olduğunu yaz. Yazılı tapşırıqlar 0; 1/3; 1/2; 2/3; 1 bal ola bilər — cəmini yaz (məs. 4.5). Səhv cavablar bala təsir etmir.
Azərbaycan dili (tədris dili) 0
Riyaziyyat 0
Xarici dil 0
2027-ci ildən xarici dil imtahanı dəyişir (25 qapalı + esse). DİM yeni hesablama qaydasını elan edəndə kalkulyator yenilənəcək.
Düstur (DİM): Azərbaycan dili = 5/2 × (2·yazılı + qapalı); Riyaziyyat = 25/8 × (2·yazılı + kod + qapalı); Xarici dil = 100/37 × (2·yazılı + qapalı). Hər fənn 0.1-ə qədər yuvarlaqlaşdırılır.
9-cu sinif buraxılış balı (max 300)
Tədris dili 0
Riyaziyyat 0
Xarici dil 0
Düstur: tədris dili = 100/34 × (2·yazılı + qapalı); riyaziyyat = 100/29 × (2·yazılı + kod + qapalı); xarici dil = 100/30 × (qapalı + kod + doğru/yanlış + esse). Səhv cavablar bala təsir etmir. Nəticə təxminidir — rəsmi bal DİM tərəfindən hesablanır.
Qəbul imtahanı (II mərhələ, max 400) + buraxılış = 700
Qapalı tapşırıqlarda 4 səhv cavab 1 düz cavabı aparır. Açıq tapşırıqlarda səhv bala təsir etmir. Hər fənndə 22 qapalı, 5 kodlaşdırılan, 3 yazılı tapşırıq var.
Düstur (DİM): fənn balı = 100/33 × (düz − səhv/4) + 100/33 × (kod + 2·yazılı), sonra fənnin əmsalına (1.5 və ya 1) vurulur.